Zakir Fərəcov Sumqayıt Bələdiyyəsinin xanım əməkdaşlarını təltif etdi - FOTO
Gündəm / Sosial
9-03-2025, 08:48

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Cənab Zakir Fərəcovun 5 mart 100 saylı sərəncamına əsasən cəmiyyətin müxtəlif sahələrində yüksək nailiyyətlər qazanan, şəhərin inkişafına töhfə verən bir qrup qadına fəxri fərmanlar təqdim olunub.
Xeberekspress.az xəbər verir ki, sərəncama əsasən Sumqayıt Bələdiyyəsinin də 4 xanım əməkdaşı fəxri fərmanla təltif olunub. Onların arasında sədr müavini Nərmin Mehdiyeva, şöbə müdiri Aygün Məhərrəmova, şöbə müdirinin müavini Xavər Əliyeva və Vahid Vergilər Mərkəzinin əməkdaşı Nərmin Orucova da var.



