Zelenski Səudiyyə Ərəbistanındadır
Gündəm / Sosial
10-03-2025, 20:00

Ukrayna prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib.
Zelenskinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşü nəzərdə tutulub.
Ukrayna liderinin vəliəhdlə görüşündən sonra Ukrayna nümayəndələri ABŞ-la danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanında qalacaqlar.
Ukrayna nümayəndə heyətinə Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak, xarici işlər naziri Andriy Sibiha, müdafiə naziri Rustem Umerov və Ukrayna Silahlı Qüvvələrinin 93-cü briqadasının komandiri Pavlo Palisa daxildir.