Sumqayıt Tibb Mərkəzinin həkimi təltif edildi - FOTO

Gündəm / Sosial
4-04-2025, 10:09

Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının həkimini təltif edib.
 
XeberEkspress.az
xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinə tabeli Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının həkimi Aytac Rzazadə Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov tərəfindən tibbi xidmətin təşkilində  səmərəli fəaliyyətinə görə "Fəxri Fərman" ilə təltif edilib.
 
"Fəxri Fərman"-ı Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov təqdim edib. E.Azadxanov həkimi təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

XeberEkspress.az