Azərbaycan və Belarus səhiyyə sahəsində birgə layihələrin həyata keçirilməsini müzakirə edib

Gündəm / Sosial
16-04-2025, 14:35
 
Azərbaycanın səhiyyə naziri Teymur Musayev Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviçi qəbul edib.

Bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Tibb sahəsində ikitərəfli əməkdaşlığın aktual məsələləri, o cümlədən birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi, sanatoriya-kurort müalicəsi və mütəxəssislərin hazırlanması məsələləri müzakirə olunub", - paylaşımda bildirilib.