Qızılın qiyməti hər troya unsiyası üçün 3330 dollardan aşağı düşüb
Gündəm / İqtisadiyyat
25-06-2025, 08:50

“Comex” birjasında qızıl fyuçerslərinin qiyməti troya unsiyası üçün 3 330 dollardan aşağı düşüb.
Bunu Nyu-York əmtəə birjasının bölməsi olan ticarət platformasının məlumatları sübut edir.
Məlumata görə, qızılın qiyməti 1,1 % ucuzlaşaraq, 1 troya unsiyası üçün 3 329,9 dollar təşkil edib.