Magistraturaya sənəd qəbulu avqustun 4-dək uzadılıb
Gündəm / Sosial
1-08-2025, 16:01

Ali təhsil pilləsinin magistratura səviyyəsinə sənəd qəbulu prosesi 2025-ci ilin 4 avqust tarixinədək uzadılıb.
Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər.