Xocavənddə traktor minaya düşüb

Gündəm / Hadisə
8-08-2026, 10:52
Xocavənddə traktor minaya düşüb

Xocavənd rayonunda traktor minaya düşüb.

Hadisə rayonun Qızılqaya kəndində qeydə alınıb.

Məlumata görə, E.Abbasovun idarə etdiyi traktor kənd ərazisində minaya düşüb.

Hadisə nəticəsində texnikaya zərər dəysə də, xəsarət alan olmayıb.