Sevil Əliyeva "Şərəf" ordeni ilə təltif edilib
Gündəm / Sosial
11-10-2025, 12:36

Sevil Heydər qızı Əliyeva "Şərəf" ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sevil Əliyeva Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə mükafatlandırılıb.
Qeyd edək ki, oktyabrın 12-si Sevil Əliyevanın 70 yaşı tamam olur.