Sumqayıt şəhəri Hacı Zeynalabdin Bələdiyyəsi ağacəkmə aksiyası keçirdi

Gündəm / Sosial
7-11-2025, 18:04

07 Noyabr 2025-ci il tarixində Zəfər Gününün 5-ci ildönümü münasibətilə Sumqayıt şəhər icra başçısının Hacı Zeynalabdin qəsəbəsi üzrə nümayəndəliyinin və Sumqayıt şəhəri Hacı Zeynalabdin Bələdiyyəsinin təşkilatçılığı ilə Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Sumqayıt şəhər icra hakimiyyətinin şöbə müdiri Gündüz Əliyev, Milli məclisin deputatı Elnarə Akimova, Sumqayıt şəhər icra hakimiyyəti başçısının Hacı Zeynalabdin qəsəbəsi üzrə nümayəndəsi Lalə Hacıyeva, Sumqayıt şəhəri Hacı Zeynalabdin Bələdiyyəsinin sədri Əsli Qasımova, idarə, müəssisə, təşkilat rəhbərləri və kollektivləri, İcra nümayəndəliyinin və Bələdiyyənin əməkdaşları, məktəb və bağça direktorlarları, müəllimlər, şagirdlər  və şəhid ailələri iştirak edirdilər.
 
Tədbir çərçivəsində 400-dən çox eldar şamı və zeytun ağacları əkilib.

XeberEkspress.az