Bu səhərimizi acı xəbərlə açdıq

Gündəm / Sosial
19-12-2025, 14:52

Sumqayıt şəhəri Corat qəsəbə sakini Şəhid Əzizağa Dadaşovun anası Həlimə ana dünyasını dəyişdi.

Tək oğlunu vətənə qurban edən ana bu gün nəhayət ki, öz Şəhid oğluna qovuşa bildi.Allah rəhmət eləsin.Ruhu şad,məkanı cənnət olsun anamızın.

Fotolar dəfn mərasimindən sonra çəkilib.

Təssüf hissi ilə bildirmək istəyirəm ki, aidiyyəti qurumlardan olan nümayəndələri gözüm axtarsa da,kimsəni tapa bilmədim.

Düşünürəm ki, Şəhid anasının dəfnində iştirak etmək bir Azərbaycan övladı olaraq,hamımızın insanlıq borcudur.Başımız sağ olsun.
19.12.2025
Müəllif: XeberEkspress.az-ın əməkdaşı Murad Qaflanov