Türkiyə ilə bu sahədə əlavə protokol təsdiqləndi

Gündəm / Sosial
30-12-2025, 18:00
Türkiyə ilə bu sahədə əlavə protokol təsdiqləndi

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol”u təsdiq edilib.
Bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.
Qanuna əsasən, 2025-ci il sentyabrın 23-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol” təsdiq edilib.