Məcnun Məmmədov Sabirabadda vətəndaşları qəbul edəcək

Gündəm / Sosial
5-01-2026, 10:57
Məcnun Məmmədov Sabirabadda vətəndaşları qəbul edəcək

Yanvarın 9-da, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbulda qəbulunda iştirak etmək istəyənlər DAİM-ə (050-5159841) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin nazirliyin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.