Adil Xudadatov: “Bələdiyyə əldə olunan maliyyə vəsaiti ilə dayanıqlı maliyyə mənbəyini yaratmağa maraqlıdır”
Gündəm / Sosial
13-01-2026, 15:06

“Büdcə gəlirlərinə görə, ölkə bələdiyyələri sırasında Sumqayıt bələdiyyəsi yenə birinci sırada yer alıb. 2024-cü ildə olduğu kimi, ötən ildə Sumqayıt bələdiyyəsinin büdcə gəliri ölkə bələdiyyələri arasında üç milyon manatı keçib”- bu fikirləri Sumqayıt bələdiyyəsinin sədri Adil Xudadatov deyib.
Sədr qeyd edib ki, ötən il vergi yığımının həcmini də 60 faiz artıra bilmişik. Belə ki, 2024-ci ildə 753.331 manat əmlak və torpaq vergisi əldə edilmişdisə, ötən il bu rəqəm 1.204.245 manata bərabər olub.
Bu gün Sumqayıt bələdiyyəsinin əsas məqsədi əldə olunan büdcə gəlirlərini bundan sonra səmərəli xərcləməklə sakinlarıin qaldırdığı problemlərin həllinə yönəltməkdir.
Bununla yanaşı bələdiyyə əldə olunan maliyyə vəsaiti ilə dayanıqlı maliyyə mənbəyini yaratmağa maraqlıdır. Və bununla bağlı təklifləri artıq bələdiyyə iclasına müzakirəyə çıxarmağa hazırlaşır.
Bələdiyyə sədrinin sözlərinə görə, bu gün seçicilərimizə verilən sözü tutmaq üçün yerli büdcənin lazimi şəkildə formalaşması əsas şərtdir.
Etiraf edək ki, vergilərin il ərazində 60 fazidən artıq artmasında Adminstrasiyanın Bələdiyyələrlə iş sektorunun təşəbbüsü və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının və “Bələdiyyələrə onlyan xidmət” mərkəzinin təşkilatçılğı ilə həyata keçirilən layihələr, habelə təkmilləşdirilmiş Bələdiyyələrin Avtomatlaşdırlımış Məlumat Sisteminin bələdiyyədə uğurla tətbiqinin danilmaz əhəmiyyəti olub.
Sədr sonda qeyd edib ki, əmlak və torpaq vergisi ilə bağlı kifayət qədər şəhərdə yığım potensialı var. Vergi xidməti orqanı bununla bağlı yaranan imkanlardan kifayət qədər istifadə etməyə çalışır.
Belediyye.info