Bakıda elektrovozla yük avtomobili toqquşub, ölən var
Gündəm / Sosial
27-02-2026, 14:43

Bakıda elektrovozla yük avtomobili toqquşub.
Xəzər rayonu Qala qəsəbəsinin ərazisində qorunmayan keçiddə Biləcəri lokomotiv deposuna məxsus tərkibində 38 ədəd boş qoşqulu çən olan elektrovozla Şərur rayon sakini 1981-ci il təvəllüdlü Rövşən Ədalət oğlu Sultanovun idarə etdiyi "KamAZ" markalı su çəni daşıyan yük avtomobili toqquşub.
Nəticədə R.Sultanov hadisə yerində ölüb, araşdırma aparılır.