Prezident İlham Əliyev: “Arxanda hüquq varsa, sən müharibə edə bilərsən”
Gündəm / Sosial
13-03-2026, 19:49

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin davranışını müəyyən edən əsas prinsiplərdən biri beynəlxalq hüquqa hörmət və ədalətə əsaslanan siyasətdir.Prezident İlham Əliyev dəfələrlə çıxışlarında vurğulayır ki, dövlətlərin gücü yalnız hərbi imkanlarla deyil, eyni zamanda hüquqi əsaslarla ölçülür.Prezidentin səsləndirdiyi “Arxanda hüquq varsa, sən müharibə edə bilərsən” fikri məhz bu yanaşmanın ifadəsi kimi qiymətləndirirəm.Uzun illər ərzində Azərbaycan öz torpaqlarının işğal altında qalmasına baxmayaraq, məsələni ilk növbədə diplomatik və hüquqi yollarla həll etməyə çalışmışdır. Bu müddətdə ölkəmiz beynəlxalq hüquqa, BMT qətnamələrinə və ədalət prinsipinə əsaslanan mövqe nümayiş etdirmişdir. Lakin regionda yaranmış reallıqlar göstərdi ki, beynəlxalq hüququn tələbləri yerinə yetirilmədikdə dövlətlər öz qanuni hüquqlarını müdafiə etmək üçün qətiyyətli addımlar atmaq məcburiyyətində qalırlar. Cənubi Qafqaz regionu uzun illər siyasi və hərbi gərginliklərin şahidi olub. Bu gərginliyin əsas səbəblərindən biri Ermənistan Azərbaycan münaqişəsi idi. Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atılan addımlar regionda yeni geosiyasi reallıq formalaşdırdı.Əlbətdə ki, bu prosesdə Prezident İlham Əliyevin qətiyyətli liderliyi, diplomatik fəallığı və strateji baxışı xüsusi rol oynadı. Prezident İlham Əliyev həm beynəlxalq tribunalarda, həm də ikitərəfli görüşlərdə Azərbaycanın haqlı mövqeyini ardıcıl şəkildə müdafiə edərək dünya ictimaiyyətinə regionda baş verən hadisələrin mahiyyətini çatdırdı. Onun apardığı siyasət nəticəsində Azərbaycan həm hərbi, həm də diplomatik sahədə mühüm üstünlüklər qazandı. Bu siyasət dövlətin suveren hüquqlarının bərpası və regionda yeni təhlükəsizlik mühitinin formalaşması ilə nəticələndi.Qeyd edim ki, hazırda Cənubi Qafqazda yeni əməkdaşlıq mərhələsi formalaşır. Nəqliyyat dəhlizlərinin açılması, iqtisadi əməkdaşlığın genişlənməsi və sabitliyin möhkəmləndirilməsi istiqamətində təşəbbüslər irəli sürülür. Azərbaycan bu prosesdə konstruktiv mövqe nümayiş etdirərək regionda sülhün və təhlükəsizliyin təmin olunmasına geniş şərait yaradır.Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət göstərir ki, beynəlxalq hüquqa əsaslanan mövqe dövlətlərin gücünü daha da möhkəmləndirir. Azərbaycanın nümunəsi bir daha sübut edir ki, ədalətə və hüquqa söykənən siyasət yalnız milli maraqların qorunmasına deyil, eyni zamanda regionda uzunmüddətli sabitliyin təmin olunmasına xidmət edir.
Beləliklə, Prezident İlham Əliyevin “Arxanda hüquq varsa, sən müharibə edə bilərsən” fikri dövlətlərin öz suveren hüquqlarını qorumaq məsuliyyətini və beynəlxalq hüququn əhəmiyyətini aydın şəkildə ifadə edir. Azərbaycanın keçdiyi yol isə bu prinsipin real siyasi təcrübədə necə həyata keçirildiyini göstərən nümunə kimi dəyərləndirilir. Sonda bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan məhz bu prinsipə sadiq qalaraq öz suveren hüquqlarını qorumuş, regionda yeni reallıqlar formalaşdırmış və Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində qətiyyətli siyasətini uğurla davam etdirmişdir.
Yeni Azərbaycan Partiyası
Saatlı rayonu 15 s. ƏPT-sədri, UNEC –n məzunu Vüqar Məmmədov