Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
Hadisə
Bu gün, 15:33

Qax rayonunda baş verən avtomobil qəzasında iki nəfər xəsarət alıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Hyundai" və "Niva" markalı iki avtomobil toqquşub. Nəticədə yol kənarına aşan "Hyundai"da olan iki nəfər xəsarət alıb. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər
Faktla bağlı araşdırma aparılır.