Sumqayıt camaatının ümidi Allaha qalıb

Gündəm / Sosial
29-03-2026, 15:33
Sumqayıt camaatının ümidi Allaha qalıb

Dünən Sumqayıt Su kanal idarəsinin rəisi Xalid Quliyevin öz işinə və Sumqayıt əhalisinin düşdüyü çətin vəziyyətə qarşı olan biganəliyi və saymamazlığı barədə kiçik bir məqalə paylaşdım.Sağ olsun adam bu məqaləyə də adəti üzrə soyuq yanaşdı.Hətta müəyyən bir işlər görmək barəsində hansısa göstəriş vermək nədir?,hətta göstəriş vermək barədə düşünmədi də.
Bu videdo olan çəkilişimiz isə Sumqayıtdan 10-ca km aralıda yerləşən H.Z.Tağıyevin adını daşıyan qəsəbənin Dəmir Yol vağzalı yaşayış mossivindəndir.Allah sənə rəhmət eləsin ay Hacı.Yaxşı ki, sən yaşayıb,bu günləri görmədin.Yəqin ki, adını daşıyan bu qəsəbənin halına acıyırsan,bəlkə məzarın bir neçə yerdən çat da atıb...
Burada da evlər suyun altında,insanlar isə suyun içərisindədir.
Avtomobillərə dəyən zərər də bir yandan.Gəl indi bu baharın dadını çıxart görüm necə çıxarırsan ay kasıb...
Ümid üdirəm ki, aidiyyəti qurumlar bu gün səsimizə səs verəcəklər.Həə bu gün bazar günüdür axı.İstirahətinizi pozmayaq.Bu gün olmasa da sabah mütləq sizdən səsimizə səs verəcəyinizi gözləyəcəyik...
29.03.2026
Xeberekspress.com-un əməkdaşı Murad Qaflanov