Deputat Elnarə Akimova Sumqayıt şəhərində vətəndaş qəbulu keçirib
Gündəm / Sosial
2-04-2026, 12:22

Aprelin 1-də Sumqayıtda Milli Məclisin deputatı Elnarə Akimova vətəndaşlarla görüş keçirib. Qəbul 2026-cı ilin aprel ayı üzrə planlaşdırılan birinci qəbul günü çərçivəsində təşkil olunub.
XeberEkspress.com xəbər verir ki, millət vəkili vətəndaşların qayğıları ilə maraqlanıb, onların problemlərini və narahat edən məsələləri dinləyib. Problemlər əsasən, sosial müavinət, təqaüd, əlilliyin bərpası, yağış sularının yaratdığı fəsadlarla bağlı məsələləri əhatə edirdi.
Deputat qəbul zamanı vətəndaşların qaldırdıqları məsələləri qeydə alıb və səlahiyyəti çərçivəsində həmin məsələlərin həllinə köməklik göstərəcəyini bildirib.
XeberEkspress.com
