Akademik Zərifə Əliyevanın elmi irsi və ana fədakarlığı Prezident İlham Əliyevin xatirələrində

Gündəm / Sosial
13-04-2026, 17:19
Nəcib insan, əziz ana, hörmətli Akademik Zərifə xanım Əliyeva Azərbaycan tibb elminin inkişafında böyük xidmətləri olan, yüksək mənəvi keyfiyyətləri və ziyalı mövqeyi ilə cəmiyyətə örnək, görkəmli şəxsiyyətdir.
Alimin elmi fəaliyyəti, xüsusilə oftalmologiya sahəsində apardığı tədqiqatlar, bu istiqamətin inkişafına mühüm töhfələr vermiş, praktik tibbdə əhəmiyyətli yeniliklərin tətbiqinə şərait yaratmışdır. Zərifə xanım böyük alim, eyni zamanda da ailə dəyərlərinə sadiq, qayğıkeş ana olmuşdur. O, övladlarının tərbiyəsinə xüsusi həssaslıqla yanaşmış, onların Vətənə bağlı, məsuliyyətli və layiqli vətəndaş kimi formalaşmasında böyük rol oynamışdır. Qədirbilən xalqımızın xilaskarı, Ulu öndər Heydər Əliyev Zərifə Əliyevanın şəxsiyyətini yüksək qiymətləndirərək onun elmi fəaliyyətini, mənəvi keyfiyyətlərini xüsusi vurğulamışdır. Ümummilliliderin fikirlərində Zərifə Əliyeva həyat yoldaşı kimi, eyni zamanda da dərin zəka sahibi olaraq  prinsipial və fədakar alim kimi təqdim olunmuşdur. Ölkə rəhbəri, Prezident İlham Əliyev isə anası haqqında xatirələrində onu “əsl alim” kimi qiymətləndirmiş, tibbin incəliklərini dərindən mənimsəyən və övladlarına diqqət-qayğı göstərən və onları yüksək mənəvi dəyərlər ruhunda böyüdən bir ana obrazını daim önə çıxarmışdır. O, deyirdi: “Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı.O,həmişə mənim qəlbimdədir.” Məhz bu yanaşma Zərifə Əliyevanın həyatında elmi fəaliyyətlə ailə məsuliyyətini uğurla uzlaşdırdığını aydın olaraq nümayiş etdirir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva akademik Zərifə Əliyeva haqqında çıxış və müsahibələrində onu yüksək mənəvi keyfiyyətlərin, xeyirxahlığın və humanizmin təcəssümü kimi səciyyələndirmişdir.O qeyd etmişdir ki, Zərifə Əliyeva yalnız görkəmli alim deyil, eyni zamanda insanlara sonsuz qayğı ilə yanaşan, nəciblik və mərhəmət nümunəsi olan bir şəxsiyyət idi. Birinci vitse-prezident Mehriban xanım Əliyeva vurğulamışdır ki, Zərifə Əliyevanın həyat yolu, zəngin elmi fəaliyyəti və cəmiyyətə xidmət amalı bugünkü və gələcək nəsillər üçün həqiqətəndə bir nümunə olmuşdur. Mehriban xanım qeyd edir ki, Zərifə Əliyevanın irsi tibb sahəsində olduğu kimi, milli-mənəvi dəyərlərin qorunması, inkişafı baxımından da xüsusi əhəmiyyət kəsb edir. Birinci vitse-prezident həmçinin qeyd etmişdir ki, Zərifə Əliyevanın xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayır və onun nəcib əməlləri, yüksək insani keyfiyyətləri hər zaman dərin ehtiramla yad olunacaqdır. Beləliklə, Zərifə xanımın zəngin elmi irsi və nümunəvi həyat yolu, həm ümummillilider Heydər Əliyevin, həm  Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın fikirlərində dolğun ifadə olunmuş, akademikin Azərbaycan tarixində və cəmiyyətində xüsusi yerini açıqaydın növbəti dəfə təsdiqləmişdir. Məhz bu  baxımdan, Zərifə Əliyeva ziyalı, alim və ana kimi daim sevgi və ehtiramla xatırlanır cvə xatırlanacaüdır. Onun mənalı və şərəfli həyat yolu cəmiyyət üçün örnək olaraq qalacaqdır. Zərifə Əliyeva fiziki olaraq aramızda olmasa da, xatirəsi xalqımızın qəlbində daim yaşayır və böyük ehtiramla yad edilir. 
 
Vüqar MƏMMƏDOV 
YAP Saatlı 15 s. ƏPT-n sədri, UNEC-n məzun