AAYDA-da milyonları talayan Müseyib Həmzəyev ölkədən qaçmaq istəyir?
Gündəm / Sosial
Bu gün, 15:50

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sabiq sədri Saleh Məmmədovun vəzifədə olduğu dövrdə qurum ətrafında baş verən qalmaqallı hadisələr uzun müddət ictimai müzakirələrə səbəb olmuşdu. Xüsusilə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA ) maliyyə idarəsinin rəisi Müseyib Həmzəyev oğluna etdiyi təmtəraqlı 500 minlik toy ilə gündəmi zəbt edib, müzakirə obyektinə çevrilməsi ilə AAYDA-da olan maliyyə pozuntularının gündəmə gəlməsinə səbəb oldu.
Azğınlaşmış AAYDA məmurlarının yaşayış tərzi müvafiq dövlət orqanlarını hərəkətə gətirdi və apardıqları yoxlamalar nəticəsində bu qurumda ağlasığmaz korrupsiya faktları üzə üzə çıxdı. Azərbaycan Respublikasının Hesablama Palatasının Mili Məclisə hesabatında bildirilir ki, 2024-cü ildə "Avtomobil yolları" Məqsədli Büdcə Fondunun gəlirlərini formalaşdıran mənbələr üzrə daxilolmaların ümumi məbləği 330 milyon manat proqnoza qarşı 506,43 milyon manat və yaxud 153,5 % səviyyəsində icra olunub ki, bu da 176,4 milyon manat artıq vəsait deməkdir. Auditdə qeyd olunub ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) maliyyə fəaliyyətində, xüsusilə xərclər smetasının planlaşdırılması və icrası sahəsində çatışmazlıqlar mövcuddur. Belə ki, maliyyə vəsaitlərinin idarə olunması zamanı Vergi Məcəlləsinin, eləcə də Maliyyə Nazirliyinin müvafiq qərarı ilə təsdiq edilmiş mühasibat uçotu qaydalarının tələblərinə tam əməl olunmayıb. Xərclərin gəlirdən çıxılan (əməliyyat xərcləri) və çıxılmayan (kapitallaşdırılmalı xərclər) istiqamətlər üzrə düzgün qruplaşdırılması təmin edilməyib. Bundan əlavə, Agentlik 2024-cü ilin xərclər smetasında və müvafiq qaydalarda nəzərdə tutulmadığı halda məqsədli büdcə fondunun vəsaitləri hesabına 19 milyon 599,5 min manatı bank kreditləri üzrə ödənişlərə yönəldib. Auditə görə, bu yanaşma avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, eləcə də təhkim zolaqlarının saxlanılması və təmiri ilə bağlı xərclərin qarşılanmasında məhdudiyyətlər yaradıb, eyni zamanda dövlət büdcəsinin borclarla bağlı hesabatlılığında uyğunsuzluqlara səbəb olub. Xüsusilə nəzərdən qaşırımamalıdır ki, Hesbalama Palatası 2024-cü ilin xərclər smetasında aşkarladığı nöqsanları qeyd edir. Bəs yaxşı, 10 ildən artıqdır ki, AAYDA-ya rəhbərlik edən Saleh Məmmədov ölkə ərazisində böyük yol infrastrukturlarının çəkilməsi prosesində hansı maliyyə pozuntularını edib? Yəqin ki, müvafiq dövlət orqanları bu faktalrın izinə düşüblər.
Bəs yaxşı sual olunur, Saleh Məmmədov AAYDA-da bu maliyyə fırıldaqlarını kiminlə həyata keçirib? Əlbəttə ki, qurumun baş maliyyəçisi Müseyb Həmzəyevlə. Onun agentlikdə “maliyyə piramidası” qurduğu, bütün maliyyə işlərinə bilavasitə nəzarət etdiyi, “dolanbac” işləri reallaşdırdığı deyilir. Müseyib Həmzəyeb təkcə oğluna etdiyi təmtəraqlı toyla gündəmə gəlmiyib. O, mütəmadi olaraq zəngin həyat tərzi ilə bağlı media orqanlarının gündəliyini zəbt edib. Belə ki, sosial mediada yayılan başqa bir məlumata görə isə təmtəraqlı toy məclisindən bir müddət əvvəl Müseyib Həmzəyev özünə 650 min manata (380 min dollara) son model Lexus LX 600 avtomobili alıb. 2022-ci ildən istehsalına başlanılan bu Lexus markalı LX 600 avtomobili öz komfortluluğu ilə seçilir. Sosial şəbəkələrdə yayılan məlumatlarda qeyd edilir ki, Müseyib Həmzəyevin Lexus LX 600 avtomobili xüsusi hazırlanmış modellərdəndir ki, Azərbaycanda bu avtomobildən cəmi 5 ədəd var. (https://poliqon.info/amp/?id=606312) Həmçinin Poliqon-nun bildirdiyinə görə Müseyib Həmzəyev Binəqədi-Novxanı yolunun yaxınlığıda, dəniz sahilində “Rest Time Restorant”ın da sahibidir. Restoran Novxanının ən lüks istirahıt mərkəzlərindən biri olaraq tanınır. Müseyib Həmzəyevin Novxanıda həmdə böyük ərazini əhatə edən yan-yana olan özü və övladları üçün ayrı-ayrılıqda 3 villası var. Eyni zamanda, ağ şəhərdə, Premium binada, eyni blokda 3 ayrı-ayrı 800 kv.m, 550 kv.m və 370 kv.m olan mənzilləri var. Port Bakuda 150 kv.m lik mənzili var. Müseyib Həmzəyeyev Bakı şəhərində dükan, mağaza, və bir çox daşınmaz əmlak sahibidir. Onun Qəbələ və Qusar rayonlarında da villaları vardır.
Müseyib Həmzəyev - vaxtilə Arif Əsgərovun rəhbərlik etdiyi Azərbaycan Dəmir Yolları idrəsində də baş vermiş bütün maliyyə pozuntularına birbaşa memarlıq etmiş, ayrılmış dövlət büdcəsinin "anasını ağlar” qoymuş” koorrupsaner vəzifə sahibi olub. Media üzərindən apardığımız araşdırmalara görə, Cavid Qurbanovun rəhbərliyi dönəmində Azərbaycan Dəmir Yolları QSC-də nisbətən qayda qanunun yaranmasından sonra M.Həmzəyev xidmət rəisi Elşən Məmmədovla birlikdə "Azəravtoyol” ASC-yə transfer oldular. Doğrudur, qısa müddət ərzində Elşən Məmmədov yenə də güvəndiyi keçmiş Nəqliyyat nazirinə arxalanaraq özbaşnalıq etmək istərkən Müseyib Həmzəyev fürsətdən istifadə edərək onunla birlikdə milyonlar qazandığı xidmət rəisi E.Məmmədovu "baqaja” qoyaraq onu rəhbərliyə asanlıqla satan şəxslərdəndir. sabiq maliyyə maxinatorunun belə FƏRASƏTİ ONU Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Maliyyıə İdarəsinin rəisi vəzifəsini işğal ETMƏYİNƏ YOL AÇMIŞDIR. MAXİNASİYA, TALAN, KÜLLİ -MİQDARDA RÜŞVƏT ALMA, VƏZİFƏDƏN -SUİ-İSTİFADƏ VƏ.S əməlləri ilə özünə var-dövlət yığmağı VƏZİFƏ BORCU HESAB EDƏN Museyib Həmzəyevin Bakıda 50 yaxın evi, çox sayda obyektlər və dükanlar eləcədə bir neçə resoran, 5 yaxın villa nəhayyət bir neçə dəbdəbəli baxçalı malikanələrə sahib korrupsioner, dələduz məmurun yüklü sərvətinin olduğu, daxil olan məlumatlarda deyilir. Qardaşı oğlu Zaur Həmzəyevin yaxın ətrafına bildirdiyinə görə onun əmisi ilə birlikdə Türkiyə, Dubay və Çexiyada mülkləri və mağazları var. Müseyib Həmzəyevin qardaşı oğlu Zaur Həmzəyev də AAYDA-da işləyib və onun güvəndiyi qohumudur. O, AAYDA-nin “Bakı 1 №-li Yol İstismari” MMC-nin rəhbəri olub. Zaur Həmzəyevin rəhbərliyi dövründə MMC-nin dövlətə 715 318 AZN vergi borcu olub və araşdırılır. Zaur Həmzəyev AAYDA-nın baş maliyyəçisi Müseyib Həmzəyevin Agenntlikdə işləyən yeganə qohumu deyil.
Belə ki, Həmzəyevin vəzifə tutan yaxın qohumlarının siyahısını təqdim edirik:
– Zaur Həmzəyev: Müseyib Həmzəyevin əmisi oğludur. O, 1 saylı Yol İstismar İdarəsinin müdiri postunu tutur.
– Araz Bəndəliyev: Həmzəyevin xalası oğludur. Hazırda 10 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin rəhbəri vəzifəsində çalışır;
– Toğrul Həmzəli: Müseyb Həmzəyevin qardaşı oğludur. O, 9 saylı Yol İstismar İdarəsinin baş mühasibi postuna sahibdir;
– Təhminə Həmzəyeva: Müseyb Həmzəyevin bacısıdır. AAYDA-nın Əməyin Təşkili şöbəsinin müdiridir;
– Mətanət Həmzəyeva: Sözügedən şəxsin bacısıdır. Hazırda “Azəryolelmitəhqiqatlayihə” İnstitutunun baş mühasibi işləyir;
– Dilavər Həmzəyev: AAYDA Maliyyə İdarəsi rəisinin yeznəsidir. O, 1 saylı Yaşıllaşdırma İdarəsinin müdir müavinidir;
– Ustubat Niftəliyev: Həmzəyevin yeznəsidir. 3 saylı Yaşılllaşdırma İdarəsinin rəisi.
Düzdür AAYDA-nın yeni sədri Vüsal Nəzirli bunların əksəriyyətini işdən azad edib. Ancaq fakt olaraq qalır ki, Müseyib Həmzəyev öz maliyyə “karusel” əməliyyatlarını həyata keçirmək üçün yaxın qohumlarını rəhbərliyində olduğu Agentliyin idarə və MMC-lərinə rəhbər vəzifəyə təyin etdirmişimiş. Bununla Müseyib Həmzəyev nəinki maliyyə korrupsiyasında, həmçinin yaxın qohumlarını rəhbərliyində olduğu qurumda vəzifəyə təyin etdirdiyinə görə də “Korrupsiaya qarçı mübarizə haqqında” qanunu kobud şəkildə pozmuşdur. Qanunda yaxın qohumların kimlərdən ibarət olduğu göstərilir. Müxtəlif vəzifələr və hallardan asılı olaraq bu dairə fərqli şəkildə müəyyən oluna bilər. Lakin ümumi qayda belədir ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun 7-ci maddəsinə əsasən, vəzifəli şəxslər qohumlarını tabeliyində olan idarə və müəssisələrdə həm birbaşa, həm də struktur bölmələr vasitəsilə işə qəbul edə bilməzlər. Müseyib Həmzəyevin qardaşı oğlu Zaur Həmzəyev yaxın ətrafına onu da bildirib ki, artıq Azərbaycanda qarantiyalı deyilik, baxmayaraq ki, lazım olan haqq hesabları vermişik ancaq hər an hər şey ola bilər. Ona görədə ya Türkiyə yada Çexiyada işimizi quracağıq. Əmim bu yaxınlarda müalicə adı ilə ölkəni tərk edəcək. Şübhə çəkməmək üçün isə sonra mən gedəcəyəm. Onu da qeyd edək ki, Müseyib Həmzəyevin mediaya adının hallanmaması üçün müxtəlif vasitələrlə əlaqə yaradır yaxud cəhd göstərir. Belə ki, O, bəzi media oranları ilə əlaqə yaradaraq AAYDA-da işləyən qohumlarını Saleh Məmmədovun qohumları kimi təqdim eləməyə nail ola bilib. Ancaq düçünürk ki, müvafiq dövlət oranları əlbəttə ki, bütün məlumatlara malikdir.
Xeberekspress.com