Yol polisindən sürücülərə XƏBƏRDARLIQ
Gündəm / Sosial
Bu gün, 10:23

Ölkəmizin füsünkar bölgələrinə səfərlər zamanı bir sıra hallarda sərt döngəli, enişli-yoxuşlu yollar qət etməli oluruq. Dağlıq relyef üçün xarakterik olan enişli-yoxuşlu, kiçik radiuslu və ya məhdud görüntülü döngəli yol sahələrində isə hər bir sürücünün köməyinə ilk növbədə yol nişanları gəlir.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
"Xüsusilə, “Təhlükəli döngə”, “Təhlükəli döngələr”, “Sərt eniş”, “Sərt yoxuş”, “Döngənin istiqaməti” nişanları sürücünü qarşıdakı yol şəraiti haqqında əvvəlcədən xəbərdar edir, qabaqlayıcı tədbirlər görməyi tələb edir. Qalır bircə xəbərdarlığa əməl etmək.
Ətraflı
Unutmayaq! Yol nişanları təkcə nizamlama vasitəsi deyil, həm də təhlükəsizliyimizin qarantıdır", - deyə məlumatda qeyd olunub.