Gürcü nazir müavini: Bakı-Tbilisi qatarları qarşılıqlı turist axınlarını artıracaq
Gündəm / Sosial
26-05-2026, 09:23

"Bakı ilə Tbilisi arasında sərnişin qatarlarının hərəkətinin bərpası Gürcüstanın iqtisadi inkişafına töhfə verəcək".
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Tamar İoseliani jurnalistlərə açıqlaması zamanı deyib.
O qeyd edib ki, reyslərin həyata keçirilməsi qarşılıqlı turist axınlarını artıracaq və xalqlar arasında əlaqələrin inkişafına xidmət edəcək.