Türkiyədə 1 tondan çox narkotik vasitə aşkarlanıb, 26 nəfər həbs edilib

Gündəm / Sosial
Bu gün, 19:09

İstanbul (Türkiyə) və digər şəhərlərdə keçirilən əməliyyatlarda 1 ton 45 kiloqram narkotik vasitə və 173 min 9 ədəd narkotik tərkibli həb aşkarlanıb.

Bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, İstanbul Polis İdarəsinin Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları iyunun 15-30-da İstanbul, Tekirdağ, Gümüşhane və Kocaelidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar qruplara və küçə satıcılarına qarşı əməliyyatlar keçiriblər.

Əməliyyatlar zamanı 80 şübhəli saxlanılıb. Onlardan 26-sı barəsində həbs qətimkan tədbiri seçilib. Digər 54 nəfərlə bağlı araşdırmalar davam edir.