Peşəkarlığı, humanistliyi və yüksək məsuliyyət hissi ilə seçilən həkim – Səadət Quliyeva

Gündəm / Sosial
Dünən, 23:06

Səhiyyə sahəsində çalışan insanların fəaliyyəti cəmiyyət üçün xüsusi əhəmiyyət daşıyır. İnsan sağlamlığının keşiyində duran, öz peşəsini vicdanla yerinə yetirən həkimlər daim xalqın hörmət və rəğbətini qazanırlar. Belə nümunəvi tibb işçilərindən biri də Şirvan Mərkəzi Xəstəxanasının şöbə müdiri Səadət Quliyevadır.
Səadət Quliyeva artıq 10 ildən çoxdur ki, rəhbərlik etdiyi şöbəyə uğurla rəhbərlik edir. Bu illər ərzində o, yüksək peşəkarlığı, təşkilatçılıq bacarığı, məsuliyyətli yanaşması və insanlara göstərdiyi səmimi münasibəti ilə həm kollektivin, həm də xəstələrin dərin hörmətini qazanıb.
Onun rəhbərlik etdiyi şöbədə hər bir pasiyentə diqqət və qayğı ilə yanaşılır. Xəstələr və onların yaxınları Səadət həkimin mehriban münasibətini, humanist davranışını və peşəkar tibbi xidmətini daim yüksək qiymətləndirirlər. Xəstəxanaya müraciət edən vətəndaşların məmnunluğu onun illər boyu formalaşdırdığı etimadın ən bariz göstəricisidir.
Səadət Quliyeva həkim adının məsuliyyətini dərindən dərk edən, peşə etikası prinsiplərinə sadiq qalan və hər zaman insan sağlamlığını hər şeydən üstün tutan tibb işçilərindəndir. O, öz bilik və təcrübəsi ilə yanaşı, sadəliyi, səmimiyyəti və yüksək mənəvi keyfiyyətləri ilə də seçilir. Məhz bu xüsusiyyətlər onu həm əməkdaşları, həm də pasiyentlər arasında nüfuzlu və sevilən bir həkimə çevirib.
İnanırıq ki, səhiyyə sistemində məhz belə peşəkar, vicdanlı və fədakar həkimlərin fəaliyyəti cəmiyyətimiz üçün böyük örnəkdir. Belə insanların əməyinin qiymətləndirilməsi, ictimaiyyətə tanıdılması və zəhmətlərinə dəyər verilməsi hər birimizin mənəvi borcudur.
Biz də bu yazı vasitəsilə Şirvan Mərkəzi Xəstəxanasının şöbə müdiri Səadət Quliyevaya uzunmüddətli səmərəli fəaliyyətinə, insanlara göstərdiyi qayğıya və səhiyyənin inkişafına verdiyi töhfələrə görə dərin təşəkkürümüzü bildirir, ona möhkəm cansağlığı, yeni-yeni uğurlar, peşə fəaliyyətində davamlı nailiyyətlər arzulayırıq.
Qoy cəmiyyətimiz belə fədakar və ləyaqətli həkimləri yaxından tanısın, onların zəhmətini yüksək qiymətləndirsin və daim dəyər versin.
Hazırladı: Akif Cəfərov