Azərbaycan-Latviya münasibətləri müzakirə olunub

Gündəm / Sosial
2-09-2026, 18:30

Azərbaycan-Latviya münasibətləri müzakirə olunub

Azərbaycanın Latviyadakı səfiri Nərminə Mustafayeva bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) Dövlət Katibi Anceys Vilumsonsla görüşüb və tərəflər qarşılıqlı münasibətləri müzakirə ediblər.

Bu barədə Latviya XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Rəsmilər ikitərəfli münasibətlərdəki fəal dinamikanı, o cümlədən Prezident Edqars Rinkeviçsin bu yaxınlarda Azərbaycana səfərini yüksək qiymətləndiriblər, siyasi dialoqu və iqtisadi əməkdaşlığı daha da möhkəmləndirmək, eləcə də işgüzar əlaqələri təşviq etmək imkanlarını müzakirə ediblər", - paylaşımda bildirilib.

Xatırladaq ki, N. Mustafayeva etimadnaməsinin surətini Latviya XİN-in Dövlət Protokol idarəsinin rəhbəri vəzifəsini icra edən Zane Ventereyə təqdim edib.