Gəncədə keçmiş məhkumdan "Makarov" tapançası götürüldü

Hadisə / Bölgə
6-01-2020, 17:40

Gəncədə keçmiş məhkumdan "Makarov" tapançası götürüldü

 

Gəncədə keçmiş məhkumdan tapança götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Gəncə şəhəri Baş Polis İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər xuliqanlıq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş B.Səmədovdan nömrəsi silinmiş "Makarov" markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron aşkar edilərək götürülüb.