47 yaşlı kişi özünü asdı - Salyanda
Hadisə
8-08-2020, 21:43
Salyan rayonunda intihar hadisəsi baş verib.
Xebrekspress.az "Report”a istinadən xəbər verir ki, hadisə rayonun Xıdırlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1973-cü il təvəllüdlü Çələbiyev Raqib Oruc oğlu yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidə özünü asaraq intihar edib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
