Bakıda birmərtəbəli ev yandı

Hadisə
26-11-2020, 08:48
 

Bakıda birmərtəbəli ev yandı

 

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 123 m² olan birmərtəbəli taxta konstruksiyalardan ibarət ev yanıb. 

 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.