Salyanda gənc oğlan avtomobil qəzasında ağır xəsarət aldı

Hadisə
10-02-2021, 09:17

Salyanda gənc oğlan avtomobil qəzasında ağır xəsarət aldı

 


Salyanda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması zamanı 1996-cı il təvəllüdlü Mirzəyev Sərxan İlqar oğlu ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona müştərək travma, açıq kəllə-beyin travması və sol baldır sümüklərinin yerdəyişən sınığı diaqnozları qoyulub.

S.Mirzəyevin vəziyyəti qənaətbəxş olmadığından o, Bakıda yerləşən xəstəxanaların birinə göndərilib və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.