Bakıda gəmi yanır

Hadisə
10-04-2021, 11:36

Bakıda gəmi yanır

 



Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində yanalma körpüsündə doğranmaqda olan gəmidə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.