4 gün fərqi ilə koronavirusdan vəfat etdilər

Hadisə
14-04-2021, 19:36

4 gün fərqi ilə koronavirusdan vəfat etdilər

 

4 gün ərzində eyni məktəbdən iki müəllim koronavirusdan vəfat edib.

Xebereskpress.az xəbər verir ki, söhbət Bakıda yerləşən 20 nömrəli məktəb-liseyin müəllimləri İradə Tağıyeva və Lalə Kərimovadan gedir.

 

Riyaziyyat müəllimi olan İradə Tağıyeva aprelin 10-da, İngilis dili fənnini tədris edən Lalə Kərimova isə bu gün Covid-19-un qurbanı olub.