Qubada ikimərtəbəli ev YANDI

Hadisə / Bölgə
25-06-2021, 08:53

Qubada ikimərtəbəli ev YANDI

 


Quba rayonunun Zərqava kəndində ümumi sahəsi 160 kvadrat metr olan ikimərtəbəli, altı otaq və iki aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı iki nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.