Bıçaqlanan müşavir və komendantdan XƏBƏR VAR

Hadisə
28-07-2021, 12:10

Bıçaqlanan müşavir və komendantdan XƏBƏR VAR

 


"Ötən gün bıçaqlanan Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevin vəziyyətləri qənaətbəxşdir. Hər iki şəxs Respublika Klinik xəstəxanasında müalicələrini davam etdirirlər. Hazırda özlərini yaxşı hiss edirlər". 

Bu barədə  BDU-nun mətbuat katibi Günel Orucəliyeva məlumat verib:

"Universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev hansı  səbəbdən bu əmli törətdiyi hələ ki, məlum deyil. Bununla bağlı hüquq-mühafizə orqanlarnda araşdırma aparılır".

Qeyd edək ki,  dünən Bakı Dövlət Universitetinin əsas korpusunda BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyev Universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev  tərəfindən bıçaqlanıb.