Məktəbin həyətində kütləvi dava: bıçaqlananlar var

Hadisə
12-06-2023, 07:57
Məktəbin həyətində kütləvi dava: bıçaqlananlar var
Bakının Nərimanov rayonunda kütləvi dava düşüb.

Xeberekspress.az APA-ya istinadən bildirir ki, hadisə 34 nömrəli orta məktəbin həyətində baş verib.

2002-ci il təvəllüdlü İsrəfilov Röyal Abas oğlu və 2006-ci il təvəllüdlü Turabov Zeynal Məmmədəli oğlu dava zamanı bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.