Cəlilabadda 3 otaqlı ev YANDI

Hadisə
17-09-2023, 12:00
Cəlilabadda 3 otaqlı ev YANDI
Cəlilabad rayonunun Göytəpə şəhərində ümumi sahəsi 72 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.