IV kurs tələbəsi dəm qazından boğulub ÖLDÜ
Hadisə
26-01-2024, 10:21

ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi Sərxan Həsənovun vəfat edtiyi barədə məlumat yayılıb.
Sosial şəbəkələrdə yayılan məlumatlarda tələbənin ötən gecə dəm qazından boğulub öldüyü bildirilib.
Sərxan ADA Universitetinin ABŞ-da təcrübə keçən tələbələrindən biri, həm də Prezident təqaüdçüsü idi.
Sərxan Həsənovun 2020-ci ildə qəbul imtahanlarında 696 bal toplayaraq III qrup üzrə ölkə birincisi olmuşdu.