Cəlilabadda bank əməkdaşları yol qəzasına DÜŞDÜ

Hadisə
16-04-2025, 21:00
Cəlilabadda bank əməkdaşları yol qəzasına DÜŞDÜ

Cəlilabad rayonunda yol qəzası baş verib. 

Hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. 

Belə ki, qəza zamanı "Mercedes" və "Azsamand" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasada avtomobillərə ciddi ziyan dəyib. 

Məlumata görə, avtomobillərdən birində olanlar banklardan birinin əməkdaşlarıdır. 

Faktla bağlı araşdırma aparılır.