Azərbaycanda torpaq uçqunu - Ölən və yaralanan var

Hadisə
20-08-2025, 10:26
Azərbaycanda torpaq uçqunu - Ölən və yaralanan var



Qobustan rayonunda torpaq uçqunu faciə ilə nəticələnib.


 APA xəbər verir ki, 1987-ci il təvəllüdlü Rəşad Əhmədov çayda balıq tutarkən yaxınlıqdakı dərəlik ərazidə torpaq uçqunu nəticəsində ölüb.


Hadisə zamanı xəsarət alan 1990-cı il təvəllüdlü Niyaməddin Osmanov isə Kliniki Tibbi Mərkəz PHŞ-nə yerləşdirilib.


Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.