Abşeronda yanğın törədən şəxs SAXLANILDI

Hadisə
20-08-2025, 10:51



Avqustun 19-da Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.


DİN-in Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalarla yanğının 1992-ci il təvəllüdlü Loğman Köçərli tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub.


Hadisə nəticəsində quru ot və kol-kos yanıb.


Əməli törədən L.Köçərli saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.


Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.