İmişlidə yol qəzası olub, ölən var

Hadisə
10-11-2025, 17:16
İmişlidə yol qəzası olub, ölən var

Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonundan keçən hissəsində qəza olub.

Hadisə zamanı "Azsamand" markalı minik avtomobili aşıb.

Qəza nəticəsində sərnişin Əbil Ədilli ölüb, sürücü isə yaralanıb.

Faktla bağlı araşdırma aparılır.