12 istiqamətdə tıxac var

Hadisə
18-11-2025, 09:24
12 istiqamətdə tıxac var



Bakının bir sıra yollarında tıxac müşahidə olunur.


“Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.


Hazırda aşağıdakı yollarda tıxac var:


1. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;


 2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;


 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;


 4. “20 Yanvar” dairəsində;


 5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;


 6. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;


 7. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;


 8. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;


 9. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;


 10. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;


 11. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;


 12. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.