Sabah 22 dərəcə isti olacaq

Hadisə
18-11-2025, 14:36
Sabah 22 dərəcə isti olacaq



Azərbaycanda noyabrın 19-da havanın 22 dərəcə isti olacağı gözlənilir.


Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.


Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 10-14, gündüz 17-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 80-85 %, gündüz 70-75 % təşkil edəcək.


Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 7-11, gündüz 17-21, dağlarda gecə 0-4, gündüz 7-12 dərəcə isti olacaq.