Qusardakı hoteldə meyiti tapılan şəxsin ölüm səbəbi bəlli oldu - Yenilənib

Hadisə
14-02-2026, 18:00
Qusardakı hoteldə meyiti tapılan şəxsin ölüm səbəbi bəlli oldu - Yenilənib

Qusarda yerləşən hoteldə meyit tapılıb.
 Hadisə fevralın 13-ü saat 14 radələrində Çiləgir kəndində yerləşən “Chateau” hotelində baş verib.
 1957-ci il təvəllüdlü Ukrayna vətəndaşı Boris Merzlyakovun meyiti hotel otağında aşkarlanıb.
 Meyitin üzərində zorakılıq əlamətləri müşahidə edilməyib.
 Şəxsin ölüm səbəbi hələlik məlum deyil.
 Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.
 ***
 B. Merzlyakovun ölüm səbəbi məlum olub.
 Bizim.Media-nın əldə etdiyi məlumata görə, Qusara istirahətə gələn əcnəbi turist kəskin ürək çatışmamazlığından dünyasını dəyişib.(Bizim.media)