Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Hadisə
17-10-2026, 18:30

Ötən gün itkin düşmüş 8 nəfər tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 16-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.