“Qarabağ” azarkeşlərə müraciət etdi

İdman
2-11-2021, 12:40

“Qarabağ” azarkeşlərə müraciət etdi

 


"Qarabağ” klubu Qazaxıstanda "Kayrat”a qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin IV tur oyununu izləmək istəyən azərbaycanlı azarkeşlərə müraciət edib.

Azərbaycan təmsilçisi öz fanatları üçün 26 - 28-ci sektorların ayrıldığını açıqlayıb.

Ağdam klubu tərəfdarlarından, bilet alarkən bunu nəzərə almalarını xahiş edib. Biletlərin qiyməti 2 min tenge (8 manat) təşkil edir.

Noyabrın 4-də keçiriləcək "Kayrat” – "Qarabağ” matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.