"Qarabağ" Qazaxıstanda önəmli matça çıxır

İdman
4-11-2021, 08:26

"Qarabağ" Qazaxıstanda önəmli matça çıxır

 


Azərbaycanın avrokuboklardakı tək təmsilçisi "Qarabağ” bu gün Konfrans Liqasında növbəti oyununa çıxacaq. 

Azərbaycan təmsilçisi bu turnirin qrup mərhələsinin 4-cü turu çərçivəsində səfərdə "Kayrat”la qarşılaşacaq.
 
Qazaxıstan təmsilçisi ilə görüş Almatı şəhərindəki "Ortalık” stadionunda baş tutacaq. Qarşılaşmanı moldovalı referi Dumitri Muntean idarə edəcək.
 
"Qarabağ” H qrupunda 7 xalla 2-ci sıradadır. İsveçrənin "Bazel” komandası da eyni xalı olsa da, daha çox qol vurduğu üçün 1-ci pillədə qərarlaşıb. "Kayrat” 3-cü, Kipr "Omoniya”sı 4-cüdür.
 
Qrupun digər matçında "Bazel” qonaq qismində "Omoniya”nı sınağa çəkəcək.