“Qarabağ”ın rəqibi bəlli oldu

İdman
18-12-2023, 18:24
“Qarabağ”ın rəqibi bəlli oldu
Bu gün "Qarabağ”ın UEFA Avropa Liqasının (AL) pley-off mərhələsindəki rəqibi bəlli olub.

Qurban Qurbanovun komandası bu raundda Portuqaliyanın "Braqa” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, "Qarabağ” bu komanda ilə ilk matçını fevralın 15-də səfərdə keçirəcək. Cavab qarşılaşması isə fevralın 22-də Bakıda olacaq.