Niderlandın penalti kabusu davam etdi - 3 mundialdır eyni aqibət

İdman
Bu gün, 09:23
Niderlandın penalti kabusu davam etdi - 3 mundialdır eyni aqibət

Niderland millisi ardıcıl üçüncü dünya çempionatında mübarizəni penaltilər seriyasında dayandırıb.

Avropa təmsilçisi DÇ-2026-nın 1/16 finalında Mərakeşə penaltilərlə uduzaraq turnirlə vidalaşıb.

Niderlandın son üç dünya çempionatında penaltilərlə uduzduğu oyunlar belədir:

DÇ-2014: Niderland - Argentina - yarımfinal
DÇ-2022: Niderland - Argentina - 1/4 final
DÇ-2026: Niderland - Mərakeş - 1/16 final

Qeyd edək ki, Niderlandın dünya çempionatlarında penaltilər istisna olmaqla uduzduğu son oyun DÇ-2010-un finalında İspaniyaya qarşı olub. Həmin görüşdə Niderland əlavə vaxtda buraxdığı qolla 0:1 hesabı ilə məğlub olmuşdu.