Avtobus və metroda gediş haqqı 1 manat olacaq? - RƏSMİ AÇIQLAMA

İqtisadiyyat
1-09-2025, 13:20



Azərbaycanda ictimai nəqliyyatda gediş haqqının artırılacağı barədə məlumatlar yayılıb.


Ölkə.Az xəbər verir ki, sözügedən artımın yaxın zamanlarda baş tutacağı gözlənilir.


Bəzi KİV-lərdə gedişhaqqının 40-50 qəpik artırılacağı bildirilir.


Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ictimai nəqliyyatda gedişhaqqı hazırda 50 qəpikdir və tariflərin artırılması ilə bağlı hər hansı qərar qəbul edilməyib.