“Azeri Light” ucuzlaşdı

İqtisadiyyat
31-10-2025, 09:46
“Azeri Light” ucuzlaşdı



Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.


Azərbaycan neftinin 1 barelinin qiyməti 0,29 ABŞ dolları, yaxud 0,43 % azalaraq 65,95 ABŞ dolları təşkil edib.


Qeyd edək ki, ötən gün neftimiz 66,24 ABŞ dollarına ticarət edilib.


Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.


Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.